Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.

Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimiz və regional məsələlər müzakirə olunacaq.