Çavuşoğlu Ceyhun Bayramovla Türkiyənin voleybol yığmasının oyununu izləyib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə Türkiyənin voleybol yığmasının oyununu izləyib.

Bu barədə Türkiyə XİN rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Azərbaycanın xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət yığması -red.) Ankaradan qalibiyyətlə yola salırıq. Finalda yenidən Ankarada görüşənədək", - deyə M.Çavuşoğlu bildirib.