Türkiyədə Çavuşoğlu ilə Lavrovun görüşü başlayıb
Ankarada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında görüş başlayıb.
Prezident sarayında keçirilən görüş mətbuat üçün qapalı davam edir.
Qeyd olunur ki, nazirlər arasında danışıqların əsas mövzusu Ukraynadakı vəziyyət və ölkədə taxıl ehtiyatlarının nəqli məsələləri olacaq. Bundan başqa, tərəflər Kiyev və Moskva arasında danışıqların bərpasını müzakirə edəcəklər.
Türkiyənin Suriyanın şimalında planlaşdırdığı yeni hərbi əməliyyatın da müzakirə olunacağı deyilir.
Görüşün yekununda nazirlərin mətbuat konfransı verəcəyi gözlənilir.//Trend