Binəli Yıldırım: Ətrafımız atəş çəmbəridir

“Birliyimizi qorumaq daha çox çalışacağıq. Elm, iqtisadiyyat, infrastruktur, mədəniyyət, ticarət və qarşılıqlı investisiya sahələrində də əlaqələrimizi daha yüksək səviyyəyə çıxacağıq”.

Bunu Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədr müavini Binəli Yıldırım bildirib.

Binəli Yıldırım regionun mürəkkəb bir coğrafiyada yerləşdiyini söyləyib: “Ətrafımız atəş çəmbəridir. Türkiyə 40 ildir ki, terrorla mübarizə aparır. İraq və Suriyada qeyri-sabitlik hökm sürür”.

AKP sədrinin birinci müavini Ermənistanı Azərbaycanla imzalanmış anlaşmalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb: “Sülhün regional əməkdaşlığa, sabitliyə fayda verməsi üçün daha çox müzakirəyə ehtiyac var”./apa