“AzerGold” QSC məlumat yaydı - Foto

Yerveinsan.az bildirir ki, "AzerGold" QSC məlumat yayıb. Məlumatda deyilir: "Son günlərdə "AzerGold" QSC adından istifadə edilməklə müxtəlif “investisiya” layihələrinə qeydiyyat adı ilə saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.
Müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilən və dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə təqdim edilən keçidlərə daxil olmamağı, yalnız QSC-nin xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə edirik. Diqqətə çatdırırıq ki, bu cür paylaşımların “AzerGold” QSC-nin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur."

Fotosessiya