XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə paylaşım edilib.

Paylaşımda deyilir:

"Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 103-cü ildönümü münasibətilə xarici siyasət sahəsində fəaliyyət göstərən bütün həmkarlarımızı ürəkdən təbrik edirik.

Peşə Bayramı Günümüz Mübarək!".