Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanla Ərdoğan Ermənistan və Türkiyə xüsusi nümayəndələri arasında əldə olunan razılaşmaların yaxın vaxtlarda həyata keçiriləcəyinə ümidlərini ifadə ediblər.
Ermənistan və Türkiyə liderləri iki ölkə arasında münasibətlərin normallaşması prosesinin vacibliyini vurğulayıblar.

