Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Gürcüstana yola düşüb.

Bu barədə  XİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Gürcüstan Baş naziri, xarici işlər naziri və Ermənistan Respublikası xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.