Rusiyada Azərbaycan və Ermənistandan olan ekspertlərin görüşü keçirilib

İyulun 15-də Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Beynəlxalq Əlaqələr Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə Ermənistan və Azərbaycandan olan politoloq-ekspertlərin görüşü keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mətbuat xidmətindən  bildiriblər ki, görüşü Azərbaycan tərəfdən BMTM, Ermənistan tərəfdən "Orbeli" Təhlil Mərkəzi əlaqələndirib. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi, delimitasiya, nəqliyyat dəhlizləri və humanitar məsələlər müzakirə olunub.