Akif Süleymanov vəzifəsindən azad edildi
Prezident İlham Əliyev A.Ş.Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Akif Şamil oğlu Süleymanov Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilib.

