Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır.

Bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.

"Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlıq naminə dialoqun inkişafına töhfə verən iki ölkə arasında münasibətlərin normallaşmasına vasitəçilik etdiyinə görə Avropa İttifaqına, xüsusən də Prezident Şarı Mişele təşəkkürümüzü bildiririk", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmətə əsaslanmalıdır.//Trend