Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti təyin edildi

R.Ç.Nəcəfin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyul 2022-ci il