Kombaynlar əvvəlcə kiçik taxıl sahələrini biçəcək -VİDEO

"Aqrolizinq" ASC-nin balansında olan kombayn və texnikalar vasitəsilə ilk növbədə 50 hektara qədər sahəsi olan fermerlərin taxıl sahələrinin biçilməsinə üstünlük veriləcək'.

Bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, kiçik sahələr biçildikdən sonra "Aqrolizinq"in texnikaları iri taxılçılıq təsərrüfatlarına xidmət göstərə biləcək.