Mərkəzi Bank: Valyuta hərracında tələb 38,3 milyon ABŞ dollarıdır

Avqustun 4-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

Bankdan  bildirilib ki, hərracda tələb 38,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.