XİN: Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter hesabında edilən paylaşımda bildirilib.

Paylaşımda, həmçinin qeyd olunub Azərbaycan Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan beynəlxalq hüququn fundamental prinsiplərinə hörmət və sadiqliyə əsaslanan strateji tərəfdaşlığa malikdirlər.