Əlcəzairin xarici işlər naziri Azərbaycana gəlir

Əlcəzair Xalq Demokratik xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra sabah Azərbaycana gəlir.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Əlcəzair XİN başçısı səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Görüşdən sonra tərəflər birgə brifinq keçirəcək.