Heydər Əliyev Aeroportunun elektriklə təchizatında fasilə yaranıb, ehtiyat mənbədən istifadə edilir

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Yerveinsan.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

 Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.