Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı sərgi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli filialı tərəfindən şairə, maarifçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə bağlı sərgi və söhbət təşkil edilib.

Baş İdarədən bildirilib ki, tədbirdə şairənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, XIX əsrdə yaşayıb-yaratmış istedadlı qadın şairəmiz ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərib. X.Natəvanın qəzəllərindəki incə dərin məzmun onu bir sənətkar kimi zamanın yaddaşından silinməyə qoymamış, öz təravətini qoruyub saxlayıb.

Sonda oxucular sərgi ilə tanış olublar.