Ermənistan Azərbaycanla sərhəddə keçid məntəqələri yaradacaq: Paşinyan qərar imzalayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində buraxılış məntəqələrinin yaradılması haqqında qərar imzalayıb.

Yerveinsan.az bildirir ki, Trend bu barədə Ermənistan hökumətinin saytına istinadən məlumat verir.

Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilən sənəddə Qarabağdakı yaşayış məntəqələrinin və rayonlarının əsl - azərbaycanlı - toponimləri yer alıb.

Beləliklə, yoxlama məntəqələri aşağıdakı ərazilərdə quraşdırılacaq:

- "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)

- "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)

- “Karaunc” (“Eyvazlı”), Sünik rayonu (Qubadlı rayonu).

Qeyd olunur ki, sərəncam rəsmi dərc edildiyi gündən sonrakı gün qüvvəyə minir.