Bir qrup amerikalı konqresmen Tayvana elan olunmamış səfər edib
ABŞ Konqresinin dörd üzvü Tayvana üç günlük elan olunmamış səfərə gəlib.
Bu barədə Taipei Times nəşri məlumat yayıb. Qəzetin məlumatına görə, respublikaçı konqresmenlər Bred Uenstrap və Maykl Valts, demokratlar Set Multon və Kay Kaxil ada administrasiyasının başçısı Tsay İnven, xarici siyasət idarəsinin rəhbəri Cozef U və milli təhlükəsizlik şurasının baş katibi Hu Lisyun ilə görüşəcəklər. Tərəflərin Amerika-Tayvan münasibətlərini, ticarət, regional sülh və təhlükəsizlik kimi məsələləri müzakirə edəcəyi gözlənilir.
Qəzet qeyd edir ki, konqresmenlərin dördü də ABŞ Konqresində Tayvanı fəal surətdə dəstəkləyir.
ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin avqustun 2-3-də Taybeyə səfərindən sonra Tayvan ətrafında gərginlik kəskin artıb. Səfərin ertəsi gün Çin xalq azadlıq ordusu Tayvan akvatoriyasının altı zonasında miqyaslı hərbi manevrlərə başlayıb.//AZƏRTAC