Laçında tarix-memarlıq abidələrinin inventarlaşdırma və monitorinqinə başlanılıb

Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bu gün məlumat verilib.

Tədbirlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən aparılır.