KOBİA sədri Türkiyənin Varlıq Fondunun rəhbəri ilə görüşüb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin Varlıq Fondunun rəhbəri Arda Ermut ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə KOB subyektlərinin maliyyə mənbələrinə çıxışının asanlaşdırılması, eləcə də potensial investisiya layihələrinin dəstəklənməsi sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.