İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir

İstanbulda Rusiya və ABŞ diplomatlarının görüşü keçirilir.

Bu barədə TASS agentliyinə diplomatik mənbədən bildirilib.

Mənbənin məlumatına görə, tərəflər “qıcıq” yaradan məsələləri müzakirə edirlər. Başqa sözlə, görüşdə viza problemləri, xarici ölkələrdəki nümayəndəliklərin fəaliyyəti və sair belə məsələlər nəzərdən keçirilir.

Mənbə əlavə edib ki, görüş siyasi kontentdə hər hansı canlanmanın olduğuna dəlalət etmir. ABŞ tərəfi yalnız ikitərəfli məşvərət komissiyası və “qıcıq” doğuran məsələləri müzakirə etmək istəyirlər.