Yens Stoltenberq: Ukrayna münaqişəsi NATO-Rusiya müharibəsinə çevrilə bilər
NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə gətirib çıxara bilər.
Stoltenberq bu ehtimalı Norveçin NRK telekanalında yayımlanan “Lindmo” tok-şousunda səsləndirib.
“Qorxuram ki, Ukrayna münaqişəsi nəzarətdən çıxsın və genişlənərək NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilsin. Lakin əminəm ki, biz bundan yayına biləcəyik”, - alyansın baş katibi belə deyib.
Yens Stoltenberq, həmçinin Kiyevə göstərilən yardım mövzusuna toxunaraq, sülhü yalnız güclü Ukraynanın təmin edə biləcəyini vurğulayıb: “Müəyyən bir məqamda danışıqların faydası qalmır. Burada çıxış yolu Ukraynaya hərbi dəstəkdir. Yalnız güclü Ukrayna sülhü təmin edə bilər”.//AZƏRTAC