Xarici turistlərin 85%-i İrana səfərlərini ləğv edib

Yerveinsan.az xəbər verir ki, bu haqda "Azad İran" facebook səhifəsi məlumat yayıb.

İranın Mehmanxanalar Assosiasiyasının sədri Cəmşid Həmzəzadə bu haqda deyib:
"Xarici turistlərin böyük hissəsi Qətərdə keçirilən 2022-ci il dünya çempionatından sonra İranda bir neçə gün qalmağı planlaşdırırdı. Lakin son hadisələr turistləri ölkəni tərk etməyə və yerləşməli olduqları hotellərdən imtina etməyə vadar edib".