Rusiya Dövlət Dumasının sədri Türkiyəyə rəsmi səfər edəcək

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin dekabrın 12-13-də Türkiyə Respublikasına rəsmi səfər edəcək.

 Rusiya Dövlət Dumasının rəsmi saytı xəbər verir ki, səfərin proqramına Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüş daxildir. Görüşdə iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafı məsələsi müzakirə ediləcək.