Duman və qar Londonda onlarca aviareysin təxirə salınmasına səbəb olub

Bazar günü dumanlı və qarlı hava London aeroportlarının işində, İngiltərənin avtomobil və dəmir yollarında hərəkətə təsir edib.

 TASS informasiya agentliyi xəbər verir ki, bazar günü Londonun üç aeroportunda onlarca aviareys təxirə salınıb. “Heathrow” aeroportunda 50-dək reys təxirə salınıb. Həmçinin “Gatwick” (təqribən 30 reys təxirə salınıb) və “Stansted” aeroportları fəaliyyətini müvəqqəti dayandırıb. Londonun cənubunda yerləşən “Gatwick” aeroportuna pis hava şəraiti ilə əlaqədar yaranan gecikmələr səbəbindən qatarla getmək çətin olub.