Rusiyanın 11 aeroportunda uçuş məhdudiyyəti dekabrın 21-dək uzadılıb
Rusiya Federasiyasının cənubunda və mərkəzi hissəsində yerləşən aeroportlarda uçuş məhdudiyyətləri daha bir həftə uzadılıb.
TASS agentliyi xəbər verir ki, “Rosaviasiya” 11 aeroportda uçuşlara məhdudiyyət rejimini dekabrın 21-dək uzadıb. Anapa, Belqorod, Bryansk, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub.