Belarus “S-400” və “İsgəndər” komplekslərini döyüş növbətçiliyinə gətirib
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İsgəndər” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.
Bu barədə TASS agentliyi xəbər verir.
“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz “S-400” sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İsgəndər” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus Prezidenti rusiyalı həmkarı ilə görüşdən sonra jurnalistlərə deyib.//Trend