Cozef Baydenin atom bombasına məruz qalan Naqasaki şəhərinə səfərini təşkil etməyi düşünür

Yaponiya və ABŞ hökumətləri Prezident Cozef Baydenin 1945-ci ildə Amerika tərəfindən atom bombasına məruz qalan Naqasaki şəhərinə səfərini təşkil etməyi düşünür.

 qazeta.ru saytı xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən “Yomiuri” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, bu baş verərsə, Bayden Naqasakiyə səfər edən ilk ABŞ Prezidenti olacaq.