Rumıniyada NATO-nun döyüş qrupu yerləşdiriləcək

Rumıniya parlamenti ölkədə NATO müttəfiqlərindən ibarət döyüş qrupunun yaradılmasını dəstəkləyib.

Yerveinsan.az Lenta.ru saytına istinadla xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, döyüş qrupunun Fransanın rəhbərliyi altında yaradılması planlaşdırılır.

Bundan əvvəl Rumıniya prezidenti Klaus İohannis parlamentarilərdən bu təşəbbüsü təsdiqləməyi xahiş etmişdi. Müraciətində o, ölkədə NATO-nun döyüş qrupunun yaradılmasının Alyansın müdafiə qabiliyyətini artıracağını bildirmişdi.