Avropa İttifaqı Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həllini dəstəkləyir
Avropa İttifaqının əksər sakinləri Rusiya Ukrayna müharibəsində vəziyyətin sülh yolu ilə nizamlanması üçün hər iki ölkənin danışıqlar masası arxasına əyləşməsinin tərəfdarıdır.
Bu barədə Macarıstanın "Szazadveg" Rəy Araşdırma Mərkəzi sorğu edib.
Araşdırma göstərib ki, sorğuda iştirak edən Aİ vətəndaşlarının 82 faizi Ukraynadakı vəziyyətlə bağlı sülh danışıqların tərəfdarıdır.
Bildirilib ki, rəyi soruşulanların əksəriyyəti Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib.
Kiprdə respondentlərin 91 faizi, Portuqaliya və Yunanıstanda 89 faizi, Macarıstanda 88 faizi bu ideyanı dəstəkləyib.
Polşa və Baltikyanı ölkələrin sakinləri danışıqları ən az dəstəkləyənlərdəndir.