Yens Stoltenberq: Kiyevə silah tədarükü sülhə doğru ən qısa yoldur
Alyans ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibədə bildirib. “Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur. Yetərincə dəstəkdən sonra sülh danışıqları da mümkün olacaq”, - Yens Stoltenberq belə deyib.
Onun sözlərinə görə, Moskva artıq Ukraynada məqsədinə nail ola bilməyəcəyini başa düşməlidir.
NATO-nun baş katibi açıq şəkildə bildirib ki, o, Kiyevin Rusiya ərazisində yerləşən hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab edir. “Ukrayna da daxil olmaqla hər bir ölkənin özünü müdafiə etmək hüququ var”, - deyə Yens Stoltenberq jurnalistin müvafiq sualına cavab verərkən vurğulayıb.\\AZƏRTAC
Kiyevin orta mənzilli raketlərlə təmin olunması imkanlarına münasibət bildirən Stoltenberq NATO və müttəfiqlərinin Ukraynaya “xüsusi döyüş sistemlərinin” tədarükü ilə bağlı müzakirələr apardığını qeyd edib.