Bu ölkədə Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yenidən təşkil edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yenidən təşkil edilib.

“Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi, yerin təkinin dövlət geoloji kəşfiyyatı, təbii ehtiyatların bərpası sahəsində funksiya və səlahiyyətlər verilməklə Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yenidən təşkil edilsin. Mineral-xammal bazası Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinə verilsin”, - prezident fərmanında deyilir.

Dövlət başçısının digər fərmanı ilə Qazaxıstanın baş nazirinin aparatı respublika hökumətinin aparatına çevrilib. O, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirəcək, habelə, ölkənin Baş nazirinin və hökumətinin fəaliyyətinin təşkilati, hüquqi, ekspert-analitik, kadr, informasiya və maddi-texniki təminatını həyata keçirəcək.//Trend