Neft sənayesinin gəlirlərindən səmərəli istifadənin ölkənin sosial -iqtisadi inkişafına təsiri

 Azərbaycan iqtisadiyyatının inkişafında neft sənayesinin rolu olduqca böyükdür. Sovet İttifaqı vaxtında Azərbaycan neftindən müştərək şəkildə istifadə olunurdu. Azərbaycan müstəqillik əldə etdikdən sonra neft sənayesinin inkişafı və neft gəlirlərindən səmərəli istifadə olunması əsas plana çəkilmişdir. Əsrin müqaviləsi imzalandıqdan sonra Azərbaycan neft sənayesində yeni inkişaf dövrü başlandı. Artıq müstəqil Azərbaycan dövləti öz karbohidrogen məhsullarının dünya bazarlarına çıxarmağa başladı. Bütün bu proseslər ölkəyə böyük həcmdə
gəlirlərin gəlməsinə yol açmışdır. Gələn neft gəlirlərindən səmərəli şəkildə istifadə olunması üçün Ulu Öndər Heydər Əliyevin fərmanına uyğun olaraq 1999-cu ildə Dövlət Neft Fondunun əsası qoyuldu. Fondun yaradılmasında əsas məqsəd neft sənayesinin gəlirlərin toplanması və səmərli istifadə edilməsinə əsaslanmışdır. Bu gəlirlər həmçinin ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında, ölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynamaqdadır.
Fond neft sənayesindən əldə olunan mənfəətin toplanması və onlardan faydalı formada istifadə olunması, həmçinin ölkədə və ölkə kənarında bir çox sosial layihələrin həyata keçirilməsi işlərini yerinə yetirir. Ölkə ərazisində bir çox əhəmiyyətli layihələr icra etməklə yanaşı ölkə iqtisadiyyatının müxtəlif sahələrinində inkişaf etməsinə öz təkanını verir. Bununlada həm indiki nəsilə həmdə gələcək nəsilə faydalı ola biləcək layihələrin həyata keçirilməsinə dəstək olur.
Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazisinin erməni
terrorçuları tərəfindən işğalı, ölkədə işğal olunan ərazilərdən qaçqın və məcburi köçkünlərin yaranmasına səbəb oldu. Bu insanların sosial-məişət şəraitlərinin acınacaqlı vəziyyətdə olması dövlətin ən problemli məsələlərindən biridir. Bu səbəbdən də hökümət həmişə bu məsələni diqqətdə saxlamış və hər il bu insanların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına uyğun olaraq həmin insanları
mənzillə, fərdi yaşayış evləri ilə təmin edir. Bu insanlar üçün hər bir şəraiti olan yeni yaşayış massivləri yaradılır. Məhz bu işlərin yerinə yetirilməsində Dövlət Neft Fondunun gəlirlərindəndə səmərəli şəkildə istifadə olunmaqdadır.
Azərbaycanın iqtisadi səviyyəsinin güclənməsi və əhalinin sosial-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində layihələrin həyata keçirilməsində Fondun gəlirlərindən istifadə olunmaqdadır. Ölkə ərazisində sənayenin müxtəlif sahələrini
inkişaf etdirmək üçün Fondun gəlirlərindən istifadə olunması həmişə aktual məsələ
olmuşdur. Bundan başqa Fondun kapitalından neft sənayesinin inkişafı üçündə
istifadə olunur. Belə ki, bir çox layihələrin həyata keçirilməsi üçün lazım olan
kapital fond tərəfindən ödənilir. Bu həmdə neft sənayesinin sonrakı illərdə inkişafı,
yeni karbohidrogen yataqlarının istismara verilməsi və ixracdan əldə olunan
mənfəətin artması deməkdir. Fondun bu işlərin həyata keçirilməsi üçün ayırdığı vəsait daha sonra yenidən Fondun vəsiatinin artmasına səbəb olacaqdır.
Neft fondu Azərbaycanda həmçinin insanların sosial-məişət şəraitlərinin
artırılması üçün bir çox layihələrin həyata keçirilməsinə maddi yardım göstərir.
Belə ki, ölkədə bir çox regionlarda xüsusəndə Bakı şəhərinə içməli su xəttlərinin çəkilməsi üçün yerinə yetirilən işlərin icra olunmasına fond tərəfindən maliyyə yardımları edilir. Bundan başqa dövlət proqramına uyğun olaraq hər il bir qrup vətəndaşların xaricdə təhsil almaları üçün təhsil haqqının ödənilməsinə fond tərəfindən vəsait ayrılır.
İqtisadiyyatın hər tərəfli inkişaf etdirilməsi həmişə dövlətin əsas
maraqlarından biri olmuşdur. İllər keçdikcə neft sənayesindən olan asılılığı
azaltmaq üçün qeyri neft sənayesinin inkişaf etdirilməsi və bu istiqamətdə yeni və müasir texnologiyanın tətbiqindən istifadə etməklə ölkə iqtisadiyyatının neft sənayesindən asılılığını azlatmaq üçün xüsusi dövlət proqramları üzrə işlər
görülməkdədir. Neft fondunun bu istiqamətdə layihələrin həyata keçirilməsinə göstərdiyi dəstək olduqca vacibdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmasının 20-ci il dönümündə aktivləri 40 mlrd. ABŞ dollarını keçmişdir.
Həmin il Fond dövlət büdcəsinə 2615 mln. manat vəsait transfer edilib. Qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına isə 19,7 mln. manat vəsait ayrılmışdır.
SOCAR-ın apardığı uğurlu neft-qaz layihələri, şirkətin dünya bazarlarına
çıxışını təmin edir ki, bu da şirkəti dünya üzrə neft-qaz satışı həyata keçirən böyük bir brendə çevirir. Nəticədə şirkətin uğurlu siyasəti nəticəsində ölkənin büdcəsi durmadan artır. Buda şirkətin dünya üzrə bir çox layihələrdə iştirak etməsinə səbəb olur. Demək olar ki, artıq şirkət dünya üzrə bir çox layihələrin həyata
keçirilməsində iştirak edir. Beynəlxalq qurumlarla imzalanan sazişlərə uyğun olaraq bir çox idman yarışlarının təşkil olunmasına maliyyə dəstəyi edir ki, buda şirkət vasitəsilə həm ölkənin dünyada tanınmasına həmdə şirkətin dünya üzrə
etibarlı tərəftaş kimi tanınmasına kömək edir. İcra olunan uğurlu layihələrin
nəticəsidir ki, artıq şirkətin bir çox xarici ölkələrdə yerləşdirdiyi nümayəndəliklərin
sayı artmaqdadır. Şirkətin bu inkişaf tendensiyası həm daxili arenada həmdə xarici
arenada ölkə və ölkə vətəndaşlarının bir başa marağının həyata keçirilməsi
üzərində qurulmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən hər il Azərbaycan
Respublikasının ali təhsil sisteminin beynəlxlaq rəqabətliliyinin artırılması üzrə
Dövlət Proqramına vəsait ayrılır. Dövlət proqramına ayrılan bu vəsaitin nəticəsində
Azərbaycan özünü yüksək ixtisaslı kadrlarla təmin edir ki, buda ölkənin dinamik
inkişafında, iqtisadiyyatın güclənməsində mühüm rol oynayır. Fondun gəlir və xərcləri ölkənin sosial-iqtisadi inkişafında və bir çox uğurlu layihələrin həyata keçirilməsində mühüm rol oynamaqdadır. Ölkə əhalisinin yaşam şəraitinin artırılması məqsədilə yaradılan layihələrə fond tərəfindən maliyyə yardımları davam etdirilir və bu göstəricilərində artırılması istiqamətində hər il müəyyən işlərin icrası təmin edilməkdədir.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi Azərbaycanda aparılan uğurlu
siyasət neft sənayesində əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə
olunmasını təşkil edir. Layihəyə uyğun olaraq bu gəlirlər həm neft sənayesinin daha geniş inkişaf etdirilməsinə həmdə ölkənin inkişafına ehtiyacı olduğu digər sahələrin canlandırılmasına ayrılır.
Neft sənayesindən əldə olunan gəlirlərin bir hissəsi dövlət büdcəsinə ayrılır ki, ayrılan bu məbləğ həm ölkənin gücləndirilməsinə həm də insanların sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasına kömək edir. SOCAR əldə etdiyi gəlirlər hesabına bir çox böyük layihələrdə dövləti təmsil edir, əldə etdiyi uğurlu sazişlər və etibarlı tərəfdaşlıq hesabına Azərbaycanın inkişaf etməkdə olan müstəqil dövlət kimi dünyada tanınmasında əvəzsiz rol oyayır. SOCAR hal-hazırda dünyanın bir çox
ölkələrində qurduğu nümayəndəliklərlə həmin ölkələrdə neft məhsullarının
satılmasını təmin etməklə yanaşı həmin ölkələrdə bir çox sosial layihələrdədə iştirak edir. Bütün bunlarda SOCAR-ın Azərbaycanı humanist, sülhü təmsil edən bir ölkə kimi bütün dünyada tanınmasına kömək etdiyini göstərir.
Azərbaycan neft sənayesi ölkənin iqtisadi və siyasi inkişafında rol oynayan
əsas faktorlardan biridir. Buna görə də, Azərbaycan zəngin neft-qaz ehtiyatına malik bir ölkə kimi həmişə dünya arenasında diqqətdədir. Dünya üzrə bir çox ölkələr bu istiqamətdə Azərbaycanla uğurlu tərəfdaşlıqlar qururlar. Bu həm ölkənin iqtisadi gücünün həmdə siyasi gücünün artmasına gətirib çıxarır. Dünyada sənayenin hələdə neft və neft məhsullarından asılı olması bu təbii ehtiyatın dəyərinin hələdə yüksəkdə olduğunu göstərməkdədir. Buna görə də aparılan uğurlu siyasət nəticəsində Azərbaycan müstəqillikdən başlayaraq hələdə neft sənayesinin faydasını görməkdədir. Neft sənayesindən əldə olunan gəlirlər ölkənin hər tərəfli inkişafında əvəzsiz rol oynamaqdadır. Zamanında aparılan uğurlu siyasətin nəticəsidir ki, neft-qazın dünya bazarlarından hətta qiymətinin kəskin şəkildə enməsinə baxmayaraq ölkə olaraq bu gedişatdan mənfəət əldə olunmaqdadır.
Bunun səbəbidə bağlanılan müqavilələrə düzgün şərtlərin qoyulmasıdır.
Neft sənayesinin son illərinə baxsaq burada həm hər tərəfli inkişaf həmdə
idarə etmənin optimallaşdırılmasını görə bilərik. Xərclərin azaldılması, strukturun optimallaşdırılması, gəlirlərdən səmərəli şəkildə istifadə olunması ölkənin neft sənayesinin nüasir tələblərə uyğun şəkildə inkişafda olduğunu göstərməkdədir.
Heydər Əliyevin zamanında neft sənayesinin inkişafı naminə gördüyü işlər,
apardığı uğurlu siyasət hələ uzun illər Azərbaycanın neft strategiyasının, neft sənayesinin idarə edilməsinin açarı olacaqdır. Bu uğurlu siyasətin davam etdirilməsi nəticəsində neft sənayesində əldə olunan gəlirlərdən hələ uzun illər ölkədə insanların ehtiyac meyarlarının qarşısını almaq üçün istifadə olunacaqdır.

Elnur İbiş oğlu Səfərov
SOCAR, GGİ, Partiya rəisi.
BDU-doktorant.
UNEC-magistrant