FAYDALI QAZINTILARIN DƏNİZ VƏ OKEAN DİBLƏRİNDƏN ÇIXARILMASININ PERSPEKTİVLİLİYİ

Xülasə
Təqdim edilən məqalə bərk faydalı qazıntıların dəniz və okean dibindən hasilatının perspektivliliyi mövzusuna həsr edilmişdir. Halhazırda, Azərbaycan Respublikasında sənaye sahələrinin inkişafı üçün hər bir şərait yaradılmışdır. Müasir dövrdə respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayan mədən sənayesi intensiv şəkildə inkişaf edir. Məlum olduğu kimi, respublikamızın ərazisində bərk faydalı qazıntılar yalnız quru ərazilərdən istismar edilir. Dünyanın bir sıra ölkələri tərəfindən müxtəlif növ faydalı qazıntılar dəniz və okean diblərindən çıxarılır. Bu məqsədlə bir sıra böyük gücə malik avadanlıqlardan istifadə edilir. Məqalədə Dünya okeanının tərkibindəki faydalı qazıntılar barəsində geniş məlumat verilmişdir. Bununla yanaşı, faydalı qazıntı yataqlarının dəniz və okean diblərindən istismarında tətbiq edilən avadanlıqlar nəzərdən keçirilmişdir. Bundan əlavə, Xəzər dənizi haqqında ümumi məlumat verilmiş və tərkibindəki kimyəvi elementlərin miqdarı nəzərdən keçirilmişdir. Yekunda nəticələr müzakirə edilmişdir. Dünya okeanının həm yanar, həm də bərk faydalı qazıntılarının əsas mənbələrindən biri olduğu göstərilmişdir. Mövcud ədəbiyyatların təhlili əsasında müəyyən edilmişdir ki, Xəzər dənizinin tərkibindəki bir sıra elementlərin orta konsentrasiyasının Dünya okeanında orta konsentrasiyasından çox olması, bu elementlərin gələcəkdə dəniz suyunun tərkibindən çıxarılması ehtimalını artırır. Həmçinin, faydalı qazıntıların istismarı prosesində ətraf mühitin mühafizəsi məsələsi xüsusi olaraq vurğulanmışdır.
Açar sözlər: sahilyanı, Dünya okeanı, elementlər, minerallar, sualtı, torpaqatanlar, Xəzər dənizi

PDF