AĞDAM RAYONU: GEOLOJİ QURULUŞU, MİNERALSƏRVƏTLƏRİ VƏ PERSPEKTİVLƏRİ

Ağdam rayonu Azərbaycanın işğal olunmuş rayonları arasında ən böyük rayon idi, burada o zaman təxminən 143 min əhali yaşayırdı, ərazisi 1094 kv.km idi və rayonda 124 kənd vardı. Mənfur qonşularımız Ağdam şəhərini, bütün Ağdam rayonunu amansızcasına dağıdıb yerlə-yeksan etmişdilər, şəhərdə yarıuçuq Cümə məscidindən savayı salamat bir bina qoymamışdılar, onu da öz çirkin məqsədləri üçün istifadə edirdilər. Hətta şəhəri bu vəziyyətdə görən xarici jurnalistlər onu “Qafqazın Hirosiması” adlandırmışdı. Bu, ermənilərin hansı “mədəniyyətə”, əxlaqa malik olduqlarının bariz nümunəsidir. Niyyətləri aydın idi: türk, azərbaycanlı izlərini bu yerlərdən silmək, onların buralarda yaşamaq istəklərinə maksimum mane olmaq. Olmadı. 44 günlük savaş meydanında Ordumuz öz sözünü dedi. Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz Ermənistan ordusunu darmadağın etdi və Qarabağın xeyli hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut rayonu və Şuşa şəhəri işğalçılardan təmizləndi. 30 il Qarabağda at oynatmış erməni ordusu müqavimətin mənasız olduğunu anlayıb, tam təslim oldu və işğalda olan digər üç rayonumuzu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz, bir güllə atmadan qeyd-şərtsiz qaytarmağa məcbur oldular. Və nəhayət, 2023-cü ilin sentyabrın 20-də birgünlük lokal antiterror əməliyyatı nəticəsində bütün Qarabağ ərazisində Azərbaycan dövlətinin suverenliyi tam bərqərar oldu.

Məqalənin tam mətni üçün PDF versiyasına baxın.

PDF