Xəzər dənizi ekosisteminin kompleks tədqiqi AMEA-nın yer elmləri bölməsinin prioritetləri sırasındadır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yer elmləri bölməsinin elmi-tədqiqat prioritetləri müəyyənləşib.

Prioritetlər sırasında palçıq vulkanizmi, müasir geodinamika və seysmologiya, geoloji təhlükələrin proqnozlaşdırılması, alternativ enerji mənbələri, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi, landşaft dəyişmələrinin dinamikası, iqlim dəyişmələri və Azərbaycan Respublikası ərazisində dağıdıcı proseslərin və səhralaşmanın, su balansı və su ehtiyatlarının tədqiqi, demoqrafiya məsələləri də yer alıb.

Prioritetlər AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə təsdiq edilib.