On iki ölkədən olan səyyahların Laçına səfəri başlayıb

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad olunmuş ərazilərə səfəri davam edir.

Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

Otuz nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.