Horadiz - Ağbənd dəmir yolunun tikintisi davam etdirilir 

110,4 kilometr uzunluğa malik Horadiz - Ağbənd dəmir yolunun tikintisi davam etdirilir.

Dəmir yolunun layihələndirilməsi və tikintisi üzrə işlər Azərbaycan Prezidenti İlham Əliyevin 13 mart 2021-ci il tarixli sərəncamına əsasən başladılmışdı.

Layihəyə əsasən, dəmir yolunda doqquz stansiyanın inşası nəzərdə tutulub: Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd.

Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.

Qeyd edək ki, fevralın 20-də "Azərbaycan Dəmir Yolları" QSC Horadiz-Ağbənd dəmir yolunun tikintisinin gedişatı ilə tanışlıq üzrə mediatur təşkil edib.