Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzərindəki 27 körpüdən 12-də işlər yekunlaşıb

 

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzərində 27 körpü var. Hazırda 12 körpüdə işlər yekunlaşıb.

Иu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin regional və yerli yollar şöbəsinin rəisi Ramil Süleymanov jurnalistlərə müsahibəsində söyləyib.

R.Süleymanov bildirib ki, 12 körpüdə işlər davam edir, daha 3 körpüdə isə tikinti işlərinə hələ başlanmayıb.

“Yol birinci texniki dərəcəyə uyğun tikilir. Yolun 81 kilometri 6 cərgəli, qalan hissəsi 4 cərgəlidir. Cəbrayıl və Zəngilan rayonlarının ərazisində işlər demək olar ki, yekunlaşıb. Ümumi işin 73 faizi yekunlaşıb”, - deyə o əlavə edib.