Pensiyaların tam ödəniləcəyi tarix məlum oldu

Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.