Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarını təltif edib

Prezident İlham Əliyev martın 16-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

 Sərəncama əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri, Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə isə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbələri verilib.

Prezidentin digər Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarından 1 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 10 nəfəri isə “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.