Prezident İsxak Hersoqun bəyanatı 

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İsxak Hersoqun
bəyanatı
– Təşəkkür edirəm, cənab Prezident.

Azərbaycana səfər etmək mənim üçün və millətim üçün həyata keçən arzudur. Bu səfər İsrail xalqı üçün və Azərbaycan xalqı ilə İsrail xalqı arasında birgə əlaqələr baxımından böyük əhəmiyyət kəsb edir.

Cənab Prezident, qonaqpərvərliyinizə, dəvətinizə görə təşəkkür edirəm. Mən bunun qarşılığında Sizi və birinci xanımı İsrailə dövlət səfərinə dəvət etmək istərdim. Bu, əsası mərhum məşhur atanız tərəfindən qoyulmuş və illər ərzində inkişaf etmiş heyrətamiz əlaqələrimizin ifadəsi olar. Prezident Əliyev, dövlətinizi qurub və Siz son bir neçə ildə onu genişləndirərək inkişaf etdirmisiniz.

Bizim əlaqələrimizin dərin kökləri var. Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır.

Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir. İndicə səhiyyə nazirlərimiz arasında şahidi olduğumuz mərasim, cənab Prezident, Sizin qeyd etdiyiniz kimi, əməkdaşlıq üçün nə qədər məsələ və sahənin olmasının daha bir nümunəsi və təcəssümüdür.

Bizim ortaq baxışımız var, mən Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu görürəm. Siz mənə Azərbaycanın Avropanın enerji sektoruna, ümumilikdə regiona, Asiyaya, sözsüz ki, bizimlə əlaqəli Yaxın Şərqə təsiri barədə danışdınız. Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.

Mən bu möhtəşəm an üçün Sizə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Biz İsrailin müstəqilliyinin 75 illiyini, eyni zamanda dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik. Əminəm ki, mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq. Təşəkkür edirəm, bizim dediyimiz kimi, şalom, cənab Prezident.