Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

İyulun 21-də energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Yerveinsan.az xəbər verir ki, qəbul saat 11:00-dan etibarən Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində (Ünvan: Naxçıvan şəhəri, AZ7000, Z.Əliyeva küçəsi 1/12) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.