Ərdoğanla Baydenin görüşünün VAXTI AÇIQLANDI - Gündəlik də məlumdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Bayden arasındfa keçiriləcək görüşün vaxtı məlum olub.

 Ərdoğanla Bayden iyulun 11-də bir araya gələcək. Liderlər arasındakı bu görüş NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələlərlə yanaşı, NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə edəcəkləri istisna edilmir.//Trend