Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi uğurla davam etdirilir

Qlobal strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizinin Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi uğurla davam etdirilir.

Yerveinsan.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir ki, ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 80 faiz layihələndirilməsi yerinə yetirilib. 64.3 kilometr məsafəyə kimi rels-şpal çərçivələri quraşdırılıb, 334 mühəndis qurğusunun tikintisi başa çatdırılıb, onlardan 20-si müxtəlif ölçülü körpülərdir.

Hazırda dəmir yolu xəttinin 68-84 kilometr aralığında torpaq və mühəndis qurğularının tikintisi işləri həyata keçirilir.