"Stratolaunch” ilk dəfə havaya qalxdı - VİDEO

Dünyanın ən nəhəng təyyarəsi sayılan "Stratolaunch” ilk dəfə havaya qalxıb.

Nümayiş xarakterli uçuşun videosu özünün YouTube kanalında spotter Cek Beyer yerləşdirib.

"Stratolaunch Systems” şirkətinin istehsal etdiyi nəhəng təyyarə Kaliforniyada havaya qalxıb.

 
Təyyarənin uzunluğu 73 metr, qanadının uzunluğu isə 117 metr təşkil edir.

Təyyarə altı mühərriklə təchiz edilib.

"Stratolaunch” havaya 226 ton yük qaldıra bilir.

Qeyd edək ki, "Stratolaunch Systems” şirkəti 2011-ci ildə "Microsoft”un həmtəsisçisi Pol Allen və konstruktor Bert Rutan tərəfindən yaradılıb.