Şabranda çətənə bitkiləri becərən şəxsin evində silah aşkarlanıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik xassəli çətənə bitkilərinin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Məliklər kənd sakini Yusif Mustafayevi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin yaşadığı evə, eləcə də həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 28 kiloqram olan 66 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə (kannabis) bitkisi, 20 qram marixuana, 1 ədəd sənədsiz tüfəng və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Yusif Mustafayevin barəsində həbs qətimkan tədbiri seçilib.