Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyannamə imzalayıb

Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada keçirilən iclasda Azərbaycanın, o cümlədən Qarabağ daxil olmaqla 86,6 min kvadratmetr ərazisinin tanınması ilə bağlı bayannamə imzalayıb.

 Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb.

Bu isə, o deməkdir ki, Paşinyan hələ də Azərbaycana qaytarılmayan Naxçıvanın Kərki kəndi və Qazaxın 7 kəndinin də ölkəmizin ərazisi kimi tanındığını rəsmən elan etmiş olur.//Trend